AZ

Debütant hücum xəttini yenilədi - 2-si getdi, 2-si gəldi

Azərbaycanın II Liqasının debütantı "Şirvan" hücum xəttini yeniləyib. 

Bu barədə Fanat.Az-a bölgə təmsilçisinin meneceri Emin Məmmədov məlumat verib.

Cavid Nəcizadə və Elariz Xəlilli ilə yollarını ayıran klub heyətini iki yeni hücumçu ilə gücləndirib. Söhbət "Baku Sportinq"in gənc oyunçusu Elgün Ələkbərli ilə sözügedən komandanın sabiq forvardı Ülvi Quliyevdən gedir. Xüsusilə təcrübəli Quliyevə böyük inam bəsləyən "Şirvan"ın yeni transferi 21 qolla II Liqanın tarixində ən məhsuldar futbolçulardandır. "Baku Sportinq"i ötən mövsümün sonunda tərk edən Ülvi ölkə xaricinə yollanmağa can atsa da, istəyini reallaşdıra bilməyib. Beləliklə, o, cari mövsümü "Şirvan"da başa vurmağa razılaşıb. 

Qeyd edək ki, "Şirvan" fasiləyə 6-cı yerdə yollanıb. Komanda qış hazırlığından sonra 15-ci tura təsadüf edəcək ilk çempionat oyununu səfərdə "Araz Saatlı"ya qarşı keçirəcək. 

Mirağa

Seçilən
84
1
fanat.az

2Mənbələr