İxtisaslı kadrların çatışmazlığı Rusiya müdafiə sənayesi kompleksi üçün əsas problemdir.
Herbiand.az bildirir ki, bunu “Kalaşnikov” konserninin baş direktoru Alan Luşnikov TASS agentliyinə verdiyi müsahibədə deyib.
O qeyd edib ki, bu nəinki “Kalaşnikov”un, bütün müdafiə sənayesi üçün böyük problemdir: “Açıq-aşkar görünür ki, yüksək ixtisaslı kadrlar çatışmır. Biz əlbəttə, əmək bazarını daim izləyirik və ehtiyac duyduğumuz mütəxəssisləri axtarırıq. Lakin getdikcə daha çox başa düşürük ki, kadr təminatında sabitliyə özümüzün yetişdirdiyimiz heyətin hesabına nail ola bilərik. Elə son bir ildə xüsusilə bununla aktiv məşğul olmuşuq”.
Alan Luşnikov izah edib ki, konsernin mütəxəssisləri məktəbdən universitetə qədər kadrların cəlb edilməsi və təlimi daxil olmaqla bütöv bir təhsil strategiyası hazırlayıblar: “Bu məqsədlə, konserndə “Kalaşnikov” Akademiyası və “Kalaşnikov Politexnik” layihəsi var. Bu layihə ixtisaslaşmış kollec və institutlardan ən istedadlı gəncləri “Kalaşnikov”un rəhbərliyi altında Rusiyanın aparıcı universitetlərində daha məqsədyönlü təlim üçün seçir. Təhsil aldıqları müddətdə onlar konsernin zavodlarında təcrübə keçir, təqaüd alır və məzun olduqdan sonra “Kalaşnikov”da işləməyə başlayırlar”.
Bəxtiyar CƏFƏRLİ