AZ

Hüquqi şəxslər "Yelo Bank"dakı vəsaitlərini çıxarır - SƏBƏB

Rusiyaya yaxınlığı ilə tanınan "Yelo Bank"da son iki ildə hüquqi şəxslərə məxsus olan depozitlərin həcmində nəzərəçarpacaq azalma müşahidə edilir. 


Sfera.az bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin sonunda hüquqi şəxslərin bankda 720,6 milyon manat dəyərində depoziti olub.
 
Hüquqi şəxslərin depozitlərinin həcmi 2024-cü ilin sonunda 197,8 milyon manata, 2025-ci ilin sonunda isə 163,8 milyon manata geriləyib. Son iki ildə "Yelo Bank" 557 milyon manat həcmində hüquqi şəxslərin vəsaitini itirib. 

2025-ci ilin sonuna olan məlumata əsasən, bankda 1,094 milyard manat depozit olub ki, bunun da cəmi 15 faizi hüquqi şəxslərə məxsusdur. Ümumi depozit səbətində hüquqi şəxslərin depozit payı 2023-cü ildə 56 faiz, 2024-cü ildə 17,4 faiz idi. 

Depozitin strukturu ilə bağlı olan bu göstərici son illərin ən pis göstəricisidir. 

Hüquqi şəxslərin "Yelo Bank"da depozitlərinin sürətlə azalması iş günyasının adıçəkilən banka etimadının azalması ilə izah oluna bilər. Adətən fiziki şəxslərdən fərqli olaraq hüquqi şəxslər bankların vəziyyətinə daha həssas və operativ reaksiya verirlər. Bankla bağlı hər hansı risk, narahatçılıq yarandıqda hüquqi şəxslər öz vəsaitlərini qorumaq üçün depozitlərini bankdan geri çəkirlər. Görünür, "Yelo Bank"la bağlı hansısa narahatçılıq mövcuddur və bu, hüquqi şəxslərin iri həcmdə vəsaitlərini bankdan götürməyə vadar edib. 
Seçilən
22
yenilik.az

1Mənbələr