AZ

Şəbnəm Tovuzlu xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?

"Şəbnəm xanım hazırda xəstəxanadadır. Həkimlər problemin nədən qaynaqlandığını araşdırırlar".
 
Bu sözləri AZXEBER.COM-a müğənni Şəbnəm Tovuzlunun ailə üzvü deyib.

Bildirilib ki, müğənni hazırda xəstəxanada həkim nəzarətindədir:
 
"İddia edildiyi kimi heç bir arıqlama dərmanından və iynəsindən istifadə etmirdi. Anidən təzyiqinin aşağı düşməsinə görə halı dəyişib. Hazırda xəstəxanadadır, həkimlər problemin nədən qaynaqlandığını araşdırırlar. İnşallah, axşam konserti var. Toparlanıb səhnəyə çıxacaq".
 
Müğənninin meneceri Şəhanə Ayazqızı mövzu ilə bağlı AZXEEBER.COM-a açıqlamasında Şəbnəm Tovuzlunun arıqlama dərmanlarına görə xəstəxanalıq olduğu iddialarını rədd edib. 

Qeyd edək ki, şairə Nazilə Səfərli Şəbnəm Tovuzlunun arıqlama dərmanından halının pisləşdiyini demişdi.
 
 
 


Seçilən
15
1
7news.az

2Mənbələr