AZ

Azərbaycanda ötən il informasiya və rabitə sektoruna investisiya qoyuluşunun məbləği açıqlanıb

Ötən il Azərbaycanın informasiya və rabitə sektoruna 373,6 milyon manat investisiya qoyulub.

"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.

Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 1,8 % təşkil edib.

Təkcə dekabr ayında isə sektora investisiya qoyuluşu 86 milyon manat olub ki, bu da bir il öncəki göstəriciyə nisbətən 29 % azdır.

Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.

Seçilən
56
far.az

1Mənbələr