2025-ci ildə Azərbaycanda 4 milyon 142,1 min ton sement istehsal edilib.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2024-cü illə müqayisədə sement istehsalı 1,7% artıb.
Sement klinkerləri istehsalı isə 11,9% azalaraq 3 milyon 945,3 min tona düşüb.
Tikinti materiallarının istehsalı sahəsində 2025-сi ildə istehsalın ümumi dəyəri 1462,3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 4,3 faiz azalmışdır. Dövr ərzində beton istehsalı 10,7 faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 12,4 faiz, əhəng istehsalı isə 46,8 faiz azalıb.
2025-сi ildə metallurgiya sənayesi üzrə armatur istehsalı 11,6 faiz, polad tökmə istehsalı 14,9 faiz, mis məftil istehsalı 78,6 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 29,8 faiz azalıb.

