“Real”ın sabiq baş məşqçisi Xabi Alonso karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis Premyer Liqadan təklif alıb. Belə ki, “Tottenhem” rəhbərliyi hazırkı baş məşqçi Tomas Frankı istefaya göndərməyi və onun yerinə Alonsonu gətirməyi planlaşdırır.
Lakin turnir cədvəlində 14-cü pillədə qərarlaşan London klubunun durumu Xabi Alonsonu tərəddüdə salır.
Qeyd edək ki, Alonso yanvarın 12-də “Rea”ı n baş məşqçisi postundan ayrılıb.