“Qarabağ”ın futbolçusu Emmanuel Addai karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən “Konyaspor” qanalı futbolçunu heyətinə qatmağı planlaşdırır. Amma Addai hazırda “Konyaspor”ın transfer siyahısında prioritet deyil.
Türkiyə klubu “Eyüpspor”un hücumçusu Prins Ampemlə də müqavilə imzalamağa çalışır. Bu futbolçu ilə danışıqlar uğursuz olarsa, Konya təmsilçisi diqqətini “Qarabağ”ın 24 yaşlı vingerinə yönəldəcək.
Addainin “Qarabağ”la müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdir.
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Kaxaber Tsxadadze: “Yoxlama oyunlarındakı nəticələr bizi aldatmamalıdır”
"Qəbələ"dən böyükhesablı qələbə
Demçenko: "Öyrənməli olduğumuz nüanslar var"
"Araz-Naxçıvan" I Liqa klubunu məğlub edib