Beynəlxalq Valyuta Fondu (IMF) Yaxın Şərq və Mərkəzi Asiya regionunda iqtisadi artımın 2025-ci ildəki 3,7 faizdən 2026-cı ildə 3,9 faizə, 2027-ci ildə isə 4,0 faizə yüksələcəyini proqnozlaşdırır.
"APA-Economics" bu barədə IMF-ə istinadən xəbər verir. Məlumata görə, IMF region üzrə iqtisadi artım proqnozunu 2026-cı il üzrə 0,1 faiz, 2027-ci il üzrə 0,2 faiz bəndi artırıb.
Qeyd edilib ki, bu artım neft hasilatının artması, daxili tələbin dayanıqlılığı və davam edən islahatlar hesabına dəstəklənir.