AZ

Energetika Nazirliyi təbliğat videosunu rus dilində PAYLAŞDI

Ajans.az xəbər verir ki, azərbaycanlı influenser və onun övladı tərəfindən enerjiyə qənaətə dair çağırışla bağlı hazırlanan videoçarx rus dilində səsləndirilib. Azərbaycan dilində isə yalnız altyazı verilib. Prezident İlham Əliyevin dövlət dilinin qorunması və inkişafı ilə bağlı çağırışlar etdiyi bir zamanda, dövlət qurumunun belə bir paylaşım etməsi ictimaiyyətdə fərqli reaksiyalara səbəb olub. Məsələ ilə bağlı Energetika Nazirliyi açıqlamasında bildirib:  “Hörmətli izləyicilər, qeyd edək ki, bu video Energetika Nazirliyi tərəfindən hazırlanmayıb və indiyə qədər "Söndür və Qazan" kampaniyası çərçivəsində vətəndaşlar tərəfindən hazırlanmış və Nazirliyin sosial şəbəkəsi tərəfindən də dəstəklənmiş vdeolardan biridir. Videodan da göründüyü kimi, Azərbaycan dilindən altyazı kimi istifadə olunub. İndiyədək səhifədə ingilisdilli videolar da yayılıb ki, onlar da Azərbaycan dilində altyazı ilə verilib. Nəzərə alınmalıdır ki, Azərbaycan multikultural dəyərlərə sahib dövlətdir, ayrıseçkiliyə yol verilmir və bu kampaniyanın da əhaliyə yönəldiyini nəzərə alsaq, belə videoların, xüsusilə də Azərbaycan dilində altyazı ilə müşayiət olunan videoların yayımlanmasında məhdudiyyət yoxdur.”

 

Seçilən
128
Ajans.az

1Mənbələr