AZ

Pezeşkianın çıxışı gündəmdə: Dini liderlə görüşündə deyib ki...

İran Prezidenti Məsud Pezeşkian ölkədəki son iğtişaşlardan sonra dünən hökumətin iclasında iştirak edib. 

O, iclasda müzakirə edilən mövzularla bağlı açıqlamasında bir sıra məqamlara toxunur. Belə ki, Pezeşkian internet məhdudiyyətlərinin tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb. 

O, onlayn biznesi dəstəkləmək və ünsiyyət maneələrini azaltmaq üçün internetə giriş məhdudiyyətlərinin mümkün qədər tez aradan qaldırılmasını tövsiyə edib. 

“Cebheinfo.az” yerli mediaya istinadən xəbər verir ki, hökumətin iclasında çıxış edən Pezeşkian rəqəmsal iqtisadiyyat nümayəndələri ilə görüşdükdən sonra bu təklifi Əli Laricaniyə çatdırdığını bildirib. Onun fikrincə, internet məhdudiyyətlərinin yumşaldılması onlayn biznesi dəstəkləmək və iqtisadi fəaliyyəti yaxşılaşdırmaq üçün vacibdir.

Ali Milli Təhlükəsizlik Şurasında aparılan məsləhətləşmələrə və İranın ali lideri ilə görüşünə toxunan Prezident son hadisələrlə əlaqədar həbs edilənlərin məhkəmə işlərinə yenidən baxılması məsələsinə də toxunub. O, bu cür işlərin araşdırılmasında son dərəcə dəqiqlik və ədalətin vacibliyini vurğulayıb:

”Hadisələrdə əsas rol oynamayanlara qarşı mərhəmət göstərilməli, qatillərin, təşkilatçıların işləri isə müəyyən edilmiş məhkəmə və təhlükəsizlik prosedurları çərçivəsində araşdırılmalıdır. Təkcə həbslər kifayət etmir, ancaq heç kimin hüququ pozulmamalıdır”. 

Pezeşkian, həmçinin etirazlar və iğtişaşlarla bağlı kəşfiyyat, təhlükəsizlik və əməliyyat yanaşmalarının hərtərəfli nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. O, universitet mütəxəssislərini, sosioloqları və vətəndaş cəmiyyəti təşkilatlarını cəlb edərək idarəetmə və əməliyyat çatışmazlıqlarının nəzərdən keçirilməsinə çağırıb. 

Bildirib ki, gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün həm zəif, həm də güclü tərəflərin müəyyən edilməsi vacibdir. 

Xatırladaq ki, İranda baş verən son iğtişaşlardan sonra internetə çıxış məhdudlaşdırılıb.

Seçilən
144
1
cebheinfo.az

2Mənbələr