AZ

Telekanal eks əri ilə bağlı istintaqa görə aparıcını işdən çıxardı

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Türkiyəli aparıcı Pınar Erbaş "Show TV"dəki işindən çıxarılıb.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı özü sosial media hesabında yazıb.

Erbaş bildirib ki, əvvəlcə kanaldan müvəqqəti məzuniyyətə göndərilib. Daha sonra isə kanaldan ona işinə davam edə bilməyəcəyi rəsmi şəkildə bildirilib. Onun sözlərinə görə, bu qərarın səbəbi keçmiş həyat yoldaşı jurnalist Mehmet Akif Ersoy barəsində aparılan istintaq və onunla bağlı xəbərlərin efirdə təqdim edilməsi məsələsi olub.

Aparıcı qeyd edib ki, rəhbərlik keçmiş həyat yoldaşı olması səbəbilə onun bu mövzuda xəbərləri təqdim etməsini uyğun hesab etməyib və nəticədə əməkdaşlığa son verilib.

Pınar Erbaş qərarı ədalətsiz adlandırıb.

Məsələ ilə bağlı "Show TV" hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Mehmet Akif Ersoy Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb. İstintaq çərçivəsində Ersoy "Habertürk TV"nin baş redaktoru vəzifəsindən azad edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
118
axsam.az

1Mənbələr