Məşhur türkiyəli aparıcı və psixoloq Esra Ezmecinin iş yerindəki lövhəsində istifadə etdiyi "klinik psixoloq" titulunun saxta olduğu iddia edilib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Vilayət Səhiyyə İdarəsi tərəfindən aparılan yoxlamalardan sonra Ezmecinin "klinik psixoloq" titulundan istifadə etdiyi, lakin bu sahədə heç bir təhsili olmadığı müəyyən edilib.
Ezmeciyə qarşı araşdırma başlanıb və o, 10 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə, Ezmecinin keçmişini və hüquqi statusunu nəzərə alaraq, hökmün elan edilməsini təxirə salmaq qərarına gəlib. Bu qərara əsasən, əgər Ezmeci müəyyən bir sınaq müddəti ərzində oxşar cinayət törədərsə, qərar icra olunacaq və o, həbs olunacaq.
Ezmeci iddiaları rədd edib.