"Biz insanlara iğtişaşçıları və terrorçuları son nəfərə qədər təqib edəcəyimizə söz vermişik." - deyə o bildirib. O iddia edib ki, etirazçıların bir çoxu artıq saxlanılıb və onlar öz günahlarını etiraf ediblər.
İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei də etirazçıları "qiyamçı və iğtişaşçı" adlandırıb. Məhkəmə sisteminin rəhbəri etirazçıların cəzalandırılacağını da açıqlayıb. "Qiyam hadisələri ilə bağlı işlər ən qısa zamanda sürətlə və dəqiqliklə araşdırmaqla, çıxarılan hökmlər daha təsirli və çəkindirici olacaq. Cəzaların vaxtında və gecikmədən icrası çəkindiriciliyin əsas elementlərindən biridir. Qiyamçılarla bağlı işlərin araşdırılmasında ən kiçik gecikməyə belə yol verməyəcəyik", - Mohseni-Ejei vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta