AZ

Bu şəxslərə aprelin 1-dək pul veriləcək

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.

 

Pravda.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti 2026-ci il aprelin 1-dək uzadılıb.

Tarix: 19 Yanvar 2026, 16:12   
Seçilən
36
10
pravda.az

10Mənbələr