AZ

Daşkəsənin Əmirvar kəndində şəlalə donub: Əsrarəngiz qış mənzərəsi

Daşkəsən, 19 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC

Kiçik Qafqazın şimal-şərqində, dəniz səviyyəsindən 1600–1800 metr yüksəklikdə yerləşən, qışda tez-tez ağ örpəyə bürünən Daşkəsən rayonunun Əmirvar kəndindəki dağ şəlaləsi donaraq əsrarəngiz mənzərə yaradıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon mərkəzindən təxminən 20 kilometr aralıda yerləşən, uca dağlar qoynuna sığınan Əyriçayın yaratdığı şəlalə buz saçaqlarına çevrilib. Qayalardan asılan şəffaf, büllurtək buz sütunları Günəş şüaları altında parıldayaraq təbiətin təkrarsız gözəlliyini nümayiş etdirir.

 

Seçilən
115
azertag.az

1Mənbələr