AZ

“Kral Şir” animasiyasının rejissoru vəfat etdi

"Disney"in klassik animasiyalarına imza atmış tanınmış rejissor və animator Rocer Allers 76 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, o, “Kral Şir ” filminin həmmüəllifi olmaqla yanaşı, “Ələddin”, “Gözəl və Canavar” və “Kiçik su pərisi” kimi məşhur animasiyalar üzərində çalışıb.

“Kral Şir ” 1994-cü ilin ən çox gəlir gətirən filmi olub və "Disney"in ən sevilən işlərindən birinə çevrilib.

Qeyd edək ki, Allers həmçinin filmin Brodvey səhnə versiyasına görə Toni mükafatına namizəd göstərilib.

Seçilən
74
kulis.az

1Mənbələr