AZ

Ötən il Azərbaycanda 590 min tona yaxın karbamid istehsal olunub

Ötən il Azərbaycanda 587 min ton həcmində karbamid istehsal olunub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü il ilə müqayisədə 10 % çoxdur.

Bu ilin yanvarın 1-nə 52 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Seçilən
16
1
far.az

2Mənbələr