AZ

Starmer: Qrenlandiya məsələsi adanın sakinləri və Danimarka tərəfindən həll olunmalıdır

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Qrenlandiya üzərində suverenlik məsələsi yalnız adanın sakinləri və Danimarka tərəfindən həll olunmalıdır".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.

Dövlət başçısı hökumətin Qrenlandiya ilə bağlı mövqeyini aydınlaşdırmaq üçün xalqa təcili müraciət edib.

"Qrenlandiya məsələsində düzgün yanaşma müttəfiqlər arasında sakit müzakirələr aparmaqdır. Olduqca vacib məsələdir, şimal daha çox investisiya və daha güclü kollektiv müdafiə tələb edəcək. ABŞ bu məsələdə mərkəzi rol oynayacaq və Böyük Britaniya da prosesə töhfə verməyə hazırdır. Lakin burada gözardı edilə bilməyən bir prinsip var. Qrenlandiyanın gələcək statusu ilə bağlı hər hansı bir qərar yalnız ada xalqı və Danimarkaya aiddir", - deyə Starmer çıxışında bildirib.

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Qrenlandiyaya iddialarını tanımaqdan imtina edən Avropa ölkələrinə tarif tətbiq etməklə bağlı hədələrinə də toxunan naziri bildirib ki, "ticarət müharibəsi heç kimin maraqlarına uyğun deyil".

O, Londonun mübahisənin diplomatik yolla həllinə ümid etdiyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
oxu.az

1Mənbələr