AZ

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlandı

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə güclü qarın yağması səbəbindən Cəlilabad–Yardımlı avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Sakinlərin verdiyi xəbərə görə, ötən gündən yağan qar nəticəsində Yardımlı rayonu ərazisindən keçən hissəsində, əsasən də döngələrdə hərəkət mümkünsüz olub. Hazırda bu istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb.

Aidiyyatı qurumlar Cəlilabad-Yardımlı yolunda qarın təmizlənməsi işlərini aparır, nəqliyyatın hərəkəti qismən təmin olunur.

Bölgədəki qeyri-sabit hava şəraitinə görə sürücülərə ehtiyatlı olmaları və mümkün olduqda dağlıq ərazilərə səfərdən çəkinmələri tövsiyə olunur.

Seçilən
144
12
nocomment.az

10Mənbələr