AZ

Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq

Bakı. Trend:

“Azərbaycan Respublikasında gender (kişi və qadınların)bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə İşçi Qrupyaradılacaq.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədovmüvafiq qərar imzalayıb.

Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi Milli Fəaliyyət Planının həyata keçirilməsininəlaqələndirilməsi məqsədilə əsas və digər icraçı orqanların(qurumların) rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərintəmsil olunduğu İşçi Qrup yaratmalı və bu barədə məlumatı 2026-cıil fevralın 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Dövlət Komitəsi ildə bir dəfə Milli Fəaliyyət Planının icrasınınmonitorinqinin və qiymətləndirmə hesabatının İşçi Qrup tərəfindənmüzakirəsini təşkil etməlidir.

Seçilən
44
9
az.trend.az

10Mənbələr