Almaniyada 26 avtomobil TOQQUŞUB
Ajans.az N-tv kanalına istinadən xəbər verir ki, qəza bu səhər Reyn-Hern kanalının üzərindəki körpüdə sürüşkən yol səthində baş verib. Yanğınsöndürmə idarəsinin ilkin məlumatına əsasən, 25 nəfər yüngül xəsarət alıb, onlardan beşi ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. Dispetçer mərkəzinin məlumatına görə, ilk avtomobil buzlu hava şəraiti səbəbindən sürüşüb və ardınca digər nəqliyyat vasitələri toqquşub. Avtobanın həmin hissəsində hərəkət hazırda dayandırılıb. Hadisə səhər pik saatlarında baş verdiyi üçün uzunkilometrlik tıxaclar yaranıb. Qəzanın nəticələrinin araşdırılması davam edir.
