AZ

Suriyada vəziyyət yenidən GƏRGİNLƏŞDİ – Şiddətli döyüşlər gedir / VİDEO

“Suriya Demokratik Qüvvələri (SDQ) ilə əlaqəli olan və devrilmiş rejimin qalıqları sayılan bəzi silahlı qruplaşmalar atəşkəs razılaşmasını pozmağa cəhd göstərirlər”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Suriya ordusunun operativ qərargahının yaydığı bəyanatda bildirilib.

Qərargahın məlumatına görə, Əl-Həsəkə vilayətinin ətraf ərazilərində yerləşdirilmiş hökumətyönlü qüvvələrə edilən hücum nəticəsində üç hərbçi həlak olub, daha bir neçəsi isə yaralanıb.

SDQ-nin mətbuat xidməti isə öz növbəsində hökumətyönlü qruplaşmaların alyans qüvvələrinə Rakka vilayətinin müxtəlif bölgələrində hücum etdiyini açıqlayıb.

Həmçinin Rakka şəhərində yerləşən və İŞİD terror təşkilatının üzvlərinin saxlanıldığı eyniadlı həbsxana ətrafında da silahlı toqquşmaların baş verdiyi bildirilir.

Aliyə

Seçilən
70
nocomment.az

1Mənbələr