AZ

Samvel Karapetyan siyasi partiya yaradır

AzVision.az erməni mediasına istinadən xəbər verir ki, yeni siyasi təsisat “Güclü Ermənistan” partiyası adlanacaq.

“Samvel Karapetyanın rəhbərlik etdiyi partiyanın təsisatı işi son mərhələdədir. Partiya tezliklə Ermənistanın inkişafı ilə bağlı öz baxışını təqdim edəcək”,- hərəkatın mətbuat katibi Marianna Qəhrəmanyan bildirib.

Xatırladaq ki, Samvel Karapetyan “Taşir” şirkətlər qrupunun sahibidir. “Forbes” nəşri onun sərvətini təxminən 3,2 milyard dollar civarında qiymətləndirir. Qrupun Rusiyadakı aktivlərinə “Rio” ticarət mərkəzləri və “Fora-bank daxildir.

Ermənistanda Samvel Karapetyana qarşı ittihamlar, o cümlədən hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etməsi barədə ittihamlar irəli sürülüb. Daha sonra rusiyalı iş adamı külli miqdarda vergidən yayınmaqla və çirkli pulların yuyulması ilə bağlı cinayətlərdə də günahlandırılıb.

Yanvarın 17-də səhər saatlarında Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi Karapetyanın ev dustaqlığına qaytarılması barədə qərar çıxarıb. Bununla yanaşı, onun vəkili Aram Vardevanyanın iddiasına görə, sahibkarın ictimai çıxışlarına qoyulan məhdudiyyət də aradan qaldırılıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
115
1
azvision.az

2Mənbələr