AZ

Goranboyda avtomobil çaya aşıb, xəsarət alan var

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlirzalı kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxaraq ərazidən keçən İnçə çayına aşıb. Avtomobil həmçinin yaxınlıqdakı qaz xəttinə çırpılıb, xətt zədələnib.

Sürücü 1988-ci il təvəllüdlü Z.Muradov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
95
4
apa.az

5Mənbələr