Bakı.Trend:
Reabilitasiya mərkəzində aşkar edilmiş qanun pozuntuları iləbağlı cinayət işi başlanıb.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Trend-in sorğusuna cavabolaraq bildirilib ki, Qurtuluş Reabilitasiya Mərkəzi MMC-ninSumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verənqanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasındaSumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasındaAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürməhəddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlıolmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan birqrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə)maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.