AZ

Ötən il Azərbaycanda suçiçəyinə yoluxmada artım müşahidə olunub



Azərbaycanda əhali arasında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayı ərzində suçiçəyinə yoluxmada artım müşahidə olunub.

Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən dövrdə həm də brusellyoz, kəskin hepatit B, qoturluq ilə xəstələnmə hallarında da artım olub.

2025-ci ildə qeydə alınmış xəstəliklər sırasında tənəffüs orqanları, həzm orqanları, qan dövranı sistemi, bəzi infeksion və parazitar xəstəlikləri, sidik-cinsiyyət sistemi, göz və gözün əlavə aparatı, sinir sistem, eləcə də qan, qanyaradıcı orqanları xəstəlikləri üstünlük təşkil edib.

Ötən ilin yanvar-noyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə viruslu hepatit A ilə (96,8 faiz), viruslu hepatit C ilə (61,5 faiz), skarlatina ilə (56,4 faiz), törədicisi müəyyən olunmuş enteritlər, kolitlər, qastroenteritlər, qida zəhərlənmələri ilə (48,5 faiz), qazanılmış immunçatışmazlığı (QİÇS) ilə (37,3 faiz), pedikulyoz ilə (19,3 faiz), qonokokk infeksiyası ilə (19,1 faiz) xəstələnmə halları azalıb.

Bununla yanaşı göyöskürək və malyariya, kəskin poliomielit, epidemik parotit, məxmərək və anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.

Anar
Seçilən
6
newscenter.az

1Mənbələr