Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-nın Pensilvaniya ştatında 42 yaşlı ata 11 yaşlı oğlu tərəfindən güllələnərək qətlə yetirilib.
Reyting.az xəbər verir ki, atası Duqlkas Ditzi qətlə yetirən Kleyton “qəsdən adam öldürmə”də ittiham olunur.
Məhkəmə sənədlərinə görə, Pensilvaniya Dövlət Polisi təxminən səhər saat 3:20-də Cənubi Market küçəsindəki bir ünvanda Duqlas Ditzi yataq otağında ölü tapıb. Sənədlərdə valideynlərin yataq otağının uşağın otağına qarderob vasitəsilə birləşdirildiyi göstərilir.
Aparılan araşdırmadan sonra 11 yaşlı Kleyton şübhəli kimi müəyyən edilib. Polis bildirib ki, hadisə uşağın ad günündə, ailəsi ona “Ad günün mübarək!” mahnısını oxuduqdan bir neçə saat sonra baş verib.
Böyük Britaniyada yerləşən “Metro” xəbər saytı yazır ki, Duqlasın adı açıqlanmayan həyat yoldaşı polisə yüksək səsə oyandığını və atəşfəşanlığa bənzər bir şey qoxusunu hiss etdiyini bildirib. Qadın deyib ki, ərini oyatmağa çalışanda heç bir cavab almayıb və əvvəlcə su damcıladığını düşünüb, amma işıqları yandıranda yataqda qan olduğunu anlayıb.
Polis qeydlərinə görə, Kleyton hadisədən sonra valideynlərinin yataq otağına girib və “Atam öldü” deyə qışqırıb. Hadisə yerindəki polislər uşağın anasına “Atamı öldürdüm”,- dediyini eşitdiklərini bildiriblər.
İstintaq sənədlərində Kleytonun polisə atasının ona yatmağı deməsi səbəbindən “əsəbiləşdiyini” və hadisələri danışarkən “Kiməsə atəş açdım”,- dediyini bildirib. Həmçinin qeyd edilib ki, uşaq vurmağı planlaşdırdığı şəxsin atası olduğunu etiraf edib.
Səlahiyyətlilər bildiriblər ki, Kleyton əvvəllər ondan alınmış oyun konsolunu götürmək üçün atasının siyirməsinin açarını tapıb. O, bu açarla silah seyfini açıb, silahı doldurub və sonra atasının yatağına gedərək atəş açıb.
Qeyd edilir ki, uşaq 2018-ci ildə cütlük övladlığa götürülüb.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.