ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qobuda həyətindən çölə məişət tullantılarını qoyanların cərimələndiyi iddia olunur.
Oxu.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, qəsəbədə tullantı üçün konteynerlər olmadığı üçün zibili daim küçəyə qoyublar, kommunal işçilər gəlib oradan götürüb.
Onlar qeyd ediblər ki, artıq tullantıların qapıdan bayıra qoyulmasına icazə verilmir və bunu edənlər cərimələnirlər:
"Biz zibili küçəyə qoyurduq, maşınla gəlib götürürdülər. İndi isə kim küçəyə zibili qoyursa, onu cərimələyirlər. Əgər belədirsə, birinci qəsəbədə konteynerlər olmalıdır. Hər kəs işə gedəndə tullantılarını küçəyə qoyurdu, işçilər maşınla gəlib aparırdı. İndi haradan biləcəyik ki, əməkdaşlar nə vaxt gələcək, zibili onda çıxaraq? Hamı işdə olur. Atmağa isə qab qoyulmayıb".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qobu qəsəbəsində uzun illərdir ki, məişət tullantılarının yığılması və daşınması sakinlərlə şirkət arasında bağlanmış müqaviləyə əsasan "qapıdan götürmə" sistemi vasitəsi ilə həyata keçirilib:
"Qəsəbə sakinlərin bir çoxu heyvandarlıqla məşğul olur, heyvanlar küçələrdəki konteynerləri dağıdırdı, ona görə bu effekt vermirdi. Cərimələmə məsələsinə gəldikdə isə bildiririk ki, bir neçə sahibkar istifadə etdikləri qeyri-yaşayış obyektlərinin qarşısında natəmizlik yaratdıqları üçün cərimələnib. Vətəndaşlar isə cərimələnməyib".
Aygün Mirakif
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.