ain.az, Olke.az portalına istinadən məlumat verir.
“Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gələn Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazovanın üzr istəyib.
Ölkə.Az xəbər verir ki, H.Eyvazov müzakirələrə səbəb olan çıxışına görə üzr videosu çəkib.
“Mən Eyvazov Habil Qambay oğlu yanvarın 17-də “TikTok”da paylaşdığım videoya görə hər kəsdən üzr istəyirəm. Özüm namaz qılıb oruc tutmasam da, həmişə Allaha inanmışam, mənəvi dəyərlərimizə hörmətlə yanaşmışam. Spirtli içkinin təsiri altında olduğum üçün o ifadələri işlətmişəm.
Hər kəsdən, əsas da din əhlindən üzr istəyirəm. Allah hər bir kəsi qorusun. Ağsaqqallar, ağbirçəklərdən də üzr istəyirəm. Onlar da bağışlasın”, - deyə o söyləyib.
Qeyd edək ki, icra hakimiyyətində sürücü işlədiyi deyilən H.Eyvazov daha əvvəl içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, həmçinin söyüşlərdən istifadə edib.
Füzuli Rayon İcra Hakimiyyəti isə Habil Eyvazov uzun müddətdir ki, orada çalışmadığını, bu gün isə Gülbahar Eyvazovanın işdən ayrılmaq üçün ərizə yazdığını açıqlayıb.
Billurə
Bu gönderiyi Instagram'da gör
Ölkə Az (@olke.az)'in paylaştığı bir gönderi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.