Bakı, 19 yanvar, AZƏRTAC
Regionlarda içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı hazırda hansı layihələr icra olunur və ən çətin ərazilər hansılardır?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, regionlarda içməli su təminatındakı problemlərin həlli üçün geniş infrastruktur layihələri həyata keçirilir.
“Şirvan, Salyan, Yevlax, Gəncə, Mingəçevir, Şəki, Balakən, Astara və Lənkəranda su təchizatı və kanalizasiya sistemləri yenilənir. Yeni su xətləri çəkilib, minlərlə su sayğacı quraşdırılıb, tullantı suları üçün kanalizasiya xətləri inşa edilib, yağış sularının idarə olunması üçün xətlər çəkilib. Su anbarlarının tikintisi və əsaslı təmiri istiqamətində işlər davam etdirilir”, - deyə məlumatda bildirilir.