AZ

Kabilin mərkəzində güclü partlayış: Ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabilin ən böyük ticarət ərazilərindən biri olan Şəhr-e-Nav-da güclü partlayış baş verib.
 
Sitat.info xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində ətraf ərazilərdə ciddi dağıntılar qeydə alınıb.
 
İlkin məlumatlara görə, bir neçə nəfər ölüb və yaralanıb.
 
Məlumatı Talibanın rəhbərlik etdiyi Əfqanıstan Daxili İşlər Nazirliyi də təsdiqləyib:
 
"Detallar daha sonra açıqlanacaq” ,- deyə nazirliyin sözçüsü Əbdül Mətin Qani bildirib.
 
Yerli KİV-in yaydığı məlumatlara görə, hadisənin terror aktı olması istisna edilmir.Ehtimallara görə, bu, kamikadze hücumu da ola bilər.
///Bakupost.az
Seçilən
13
1
sitat.info

2Mənbələr