Ermənistan mayeləşdirilmiş təbii qazın Azərbaycan ərazisindən dəmir yolu ilə Rusiyadan Ermənistana daşınmasını müzakirə edir.
"Yeni Sabah" Armenian News-a istinadla xəbə verir ki, bunu Ermənistan İqtisadiyyat Nazirliyinin sözçüsü Lilit Şaboyan bildirib.
"İki əsas ölkədən - İran və Rusiyadan qaz idxal etdiyimiz üçün İranda məlum səbəblərə görə müəyyən problemlər yaranıb, Rusiya ilə bağlı problemlər isə Yuxarı Larsla bağlıdır. Lakin bu problem çox tezliklə həll olunacaq, çünki Ermənistana mayeləşdirilmiş təbii qazın idxalı dəmir yolu ilə başlayacaq və Rusiya mayeləşdirilmiş təbii qazı çox tezliklə Azərbaycan ərazisindən Ermənistana çatdırılacaq. Rusiyadan Ermənistana mayeləşdirilmiş təbii qazın dəmir yolu ilə idxal edilməsi variantı müzakirə olunur", - deyə o bildirib.
L. Şaboyan bunun bu prosesin tezliklə baş tutacağını qeyd edib.
Qeyd etmək lazımdır ki, son günlərdə Ermənistanda mayeləşdirilmiş təbii qazın qiyməti təxminən iki dəfə artıb.
Telegram kanalımız