AZ

Sobçakın ərinin ünvanına ağır sözlər: Tanınmış pozğun və vulqarlığın böyük aşiqi

Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin paylaşımında teatr rejissoru və Kseniya Sobçakın əri Konstantin Boqomolovu sərt şəkildə tənqid edib.

Publika.az xəbər verir ki, tənqidi material onun "Telegram" kanalında yer alıb.

"Boqomolov teatr dünyasında tanınmış pozğun və vulqarlığın böyük bir aşiqidir. Bu barədə çox adam yazır və danışır", - deyə Borodin bildirib.

Siyasətçi bu açıqlamaya Boqomolovun səhnələşdirdiyi tamaşanın bir hamisinin videosunu da əlavə edib. O, "tamaşada səhv istiqamətləndirmə" və LGBTQ+ personajlarının olmasından şikayətlənib.

Qeyd edək ki, Borodin bundan əvvəl ukraynalı müğənni Svetlana Lobodanın terrorçular və ekstremistlər siyahısına əlavə edilməsini tələb etmişdi.

Seçilən
6
publika.az

1Mənbələr