Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
NOCOMMENT.az Əl-Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, Əfqanıstan paytaxtının Şəhr-e-Nav rayonunda güclü partlayış qeydə alınıb.
Mənbələr itkilərin ola biləcəyini istisna etmirlər.
Hadisənin təfərrüatları açıqlanmayıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Aliyə