AZ

Rusiyadan və Qazaxıstandan beynəlxalq axtarışa verilmiş daha 3 nəfər Azərbaycana ekstradisiya edildi

Bakı.Trend:

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs ölkəmizə ekstradisiyaedilib.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımvə hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixliKonvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasıvətəndaşları Məmmədov Ruad Yaşar oğlu, Əsgərov Xəyal Rasim oğlu vəƏyyubov Zaur Əyyub oğlunun ekstradisiyaları haqqında BaşProkurorluğun vəsatətləri müvafiq olaraq Rusiya Federasiyasının vəQazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təminedilmişdir.

Belə ki, Məmmədov Ruad Yaşar oğlu və Əsgərov Xəyal Rasim oğlununkülli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərinitörətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrindətəqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbuledilmiş və ibtidai istintaqdan qaçıb gizləndiklərinə görəbeynəlxalq axtarışa verilmişlər. Qeyd olunan şəxslər RusiyaFederasiyasının ərazisində saxlanılaraq Ədliyyə NazirliyiPenitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə AzərbaycanRespublikasına gətirilmişlər.

Eyni zamanda, Yasamal rayon məhkəməsinin icraatında olan cinayətişi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayətəməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ƏyyubovZaur Əyyub oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalqaxtarış elan edilmiş, Qazaxıstan Respublikasının ərazisindəsaxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusikonvoyunun müşayiəti ilə Azərbaycan Respublikasınagətirilmişdir.

Seçilən
20
34
az.trend.az

10Mənbələr