AZ

Səs tonu insanın xarakterini necə üzə çıxarır?

İnsanların danışıq zamanı istifadə etdiyi səs tonu onların şəxsiyyəti və davranış xüsusiyyətləri haqqında mühüm ipucları verə bilər.

 

Pravda.az bildirir ki, səs təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda insanın emosional vəziyyətini və xarakterini əks etdirən göstəricidir.

 

Araşdırmalara görə, sakit və alçaq səs tonu ilə danışan insanlar daha inamlı, etibarlı və özünə güvənən kimi qəbul olunur. Bu cür səs tonu qarşı tərəfdə müsbət təəssürat yaradır. Əksinə, titrək və qeyri-sabit səslər çəkingənlik və qərarsızlıq əlaməti kimi dəyərləndirilir.

 

Yüksək səslə danışmaq isə adətən dominantlıq və liderlik istəyi ilə əlaqələndirilir. Lakin bu ton bəzi hallarda aqressivlik və əsəbi davranış təsiri də bağışlaya bilər. Sürətli danışıq tərzi olan şəxslərin isə stresli və gərgin olduqları düşünülür.

 

Mütəxəssislər qeyd edirlər ki, səsin tonu, ritmi və gücü insanın daxili dünyası haqqında mühüm məlumatlar verir və gündəlik ünsiyyətdə bu amillərə diqqət yetirmək qarşılıqlı münasibətlərin daha sağlam qurulmasına kömək edə bilər.

 

Əminə Bayramova

Tarix: 19 Yanvar 2026, 17:53   
Seçilən
77
pravda.az

1Mənbələr