AZ

Güclü qar İstanbulda nəqliyyatın hərəkətini məhdudlaşdırıb

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Türkiyənin İstanbul şəhərində bu həftənin əvvəlindən intensiv şəkildə davam edən qarlı hava şəraiti nəqliyyatı iflic edib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərdə arabir çovğun şəklində davam edən qar, xüsusilə İstanbulun yüksək ərazilərində daha təsirli olub.

Səhər saatlarında yağıntı səbəbindən Ümraniyə və ətrafında səkilər, yol kənarları, eləcə də avtomobillərin üzəri qarla örtülüb. Səhər saatlarında bəzi avtomobillər yolda qalarkən, bəziləri də sürüşərək yol-nəqliyyat hadisələrinə səbəb olub.

Nigar Abbasova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
525.az

1Mənbələr