Qrenlandiyada NATO təlimlərinin hazırlanmasında iştirak edən iki hollandiyalı zabit missiyasını başa vurub və adanı tərk edəcək.
NOCOMMENT.az xəbər verir ki, Hollandiyanın Müdafiə Naziri Ruben Brekelmans bu barədə X sosial media platformasında məlumat verib.
“İki Hollandiya Hərbi Dəniz Qüvvələri zabiti Qrenlandiyada kəşfiyyat missiyasını başa vurub”, – deyə o yazıb.
Nazir missiya ilə bağlı sonrakı işlərin Hollandiya və Danimarkada davam etdiriləcəyini açıqlayıb.
Əvvəllər kontr-admiral Stefan Paulinin rəhbərlik etdiyi 15 alman hərbi qulluqçusunun Qrenlandiyanı tərk etməyi planlaşdırdığı bildirilirdi. Alman qrupu 16 yanvar tarixində Danimarkanın dəvəti ilə NATO kəşfiyyat missiyasının bir hissəsi olaraq adaya gəlib. Lakin iki gün sonra Berlindən onların vaxtından əvvəl geri çəkilməsi barədə əmr verilib.