İnsanların mesajlaşma tərzi onların xarakteri və davranış nümunələri barədə ipucları verir.
Pravda.az bildirir ki, mesajların uzunluğu, cavab sürəti və emojilərdən istifadə kimi detalları diqqətə alaraq şəxsiyyət haqqında fikir yürütmək mümkündür.
Mütəxəssislər qeyd edirlər ki, uzun və məzmunlu mesaj yazan insanlar adətən düşüncəli və səmimi olur, duyğularına və fikirlərinə önəm verirlər. Qısa və konkret mesaj göndərənlər isə açıq, dürüst və sadə ünsiyyətə üstünlük verir.
Emoji istifadə edən şəxslər duyğularını sözlərlə deyil, simvollarla ifadə etməyi üstün tutur, bu da onların emosional və ifadəli olduğunu göstərir. “Hahaha” və digər təsdiq ifadələri ilə mesaj yazanlar qarşı tərəfin reaksiyasını nəzərə alır və münasibətləri yumşaq saxlayırlar.
Gec cavab verən istifadəçilər isə çox vaxt məşğul olduqlarını və eyni anda bir neçə işlə məşğul olduqlarını nümayiş etdirir.
Beləliklə, mesajlaşma vərdişləri sadəcə ünsiyyət üsulu deyil, eyni zamanda insanın daxili aləmi və ünsiyyət tərzi haqqında mühüm məlumat verir.
Əminə Bayramova