İsrail Livana zərbələr ENDİRDİ
Ajans.az Livan dövlət xəbər agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrail təyyarələri Livanın cənubunda Ənsar və Zarariye şəhərləri arasındakı əraziyə, eləcə də Serire və Baruz şəhərləri yaxınlığındakı Litani çayına hava zərbələri endirib. Həmçinin Basaliya, Kafr Malki və Mahmudiya şəhərləri ilə Luveyza yaxınlığındakı Şetta çayına hücumlar həyata keçirilib. Sosial mediada paylaşılan video və fotolarda təsirlənmiş ərazilərdən qalxan tüstü görünür. Livan hakimiyyəti hələ hücumlarla bağlı rəsmi açıqlama verməyib və itkilər barədə məlumat yoxdur. İsrail ordusunun mətbuat xidməti bildirir ki, vurulan hədəflər arasında Hizbullahın təlim düşərgələri, silah anbarları və yeraltı tunellər, raket atış məntəqələri və digər hərbi obyektlər olub. İsrail Hizbullahı atəşkəsi pozmaqda ittiham edərək növbəti hücumlarla hədələyib. 27 noyabr 2024-cü ildə imzalanmış atəşkəs müqaviləsinə baxmayaraq, İsrail Livana hücumlarını davam etdirir.