AZ

20 Yanvar faciəsi Türkmənistan mətbuatında işıqlandırılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfirliyinin təşəbbüsü ilə “The Ashgabat Times” saytında ingilis, rus və türkmən dillərində 20 Yanvar faciəsinə hər olunan məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 36 il əvvəl SSRİ rəhbərliyinin Azərbaycanda xalq azadlıq hərəkatına qarşı qanlı tədbir həyata keçirdiyi nəzərə çatdırılır. Qeyd olunur ki, Bakı şəhərinin küçələrində heç bir günahı olmayan insanlar qətlə yetirildi. Məqsəd xalqı qorxudub onu müstəqillik yolundan döndərmək idi. Lakin Azərbaycan xalqı bütün çətinliklərə sinə gərərək öz müstəqilliyini əldə etdi. 1990-cı il yanvarın 19-da 20-nə keçən gecə sovet ordusu Bakı şəhərində 150 dinc sakini qətlə yetirdi, 744 nəfər müxtəlif dərəcədə xəsarət aldı, 4 nəfər isə itkin düşdü.

Məqalədə o da bildirilir ki, Azərbaycan xalqı hər il 20 Yanvarı milli faciə kimi qeyd edir.

Seçilən
29
1
azertag.az

2Mənbələr