AZ

İspaniyada matəm elanedildi

İspaniyanın Kordova vilayətində baş vermiş dəmiryolu qəzası ölkədə üç günlük rəsmi matəm elan edilməsinə səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniya hökumətinin sədri Pedro Sançes jurnalistlərə məlumat verib.

“Hökumət üç günlük rəsmi matəm elan edəcək. Matəm bu gecə saat 02:00-dan başlayaraq 23 yanvar saat 02:00-dək davam edəcək”, - deyə o bildirib.

İspaniyanın Europa Press agentliyinin məlumatına görə, qəza nəticəsində xəsarət alanların sayı 152-yə yüksəlib, 39 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Kordova vilayətində baş verib. Iryo və Alvia (Renfe şirkətinə məxsus) qatarları əks istiqamətlərdə hərəkət edərkən relsdən çıxıb. Iryo qatarında təxminən 300 sərnişin olub və qatar “naməlum səbəbdən” düz xətt üzərində relsdən çıxaraq qonşu yola keçib. Bu isə ikinci qatarın  Alvia-nın relsdən çıxmasına səbəb olub.

Qəza sonrası Madrid və Andalusiya arasında yüksək sürətli dəmiryolu xəttində hərəkət dayandırılıb.

Nuriyyə NATİQQIZI

Seçilən
124
redaktor.az

1Mənbələr