AZ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasındagörüş keçirilib.

Trend xəbər verir ki, söhbətzamanı Azərbaycan ilə Efiopiya arasındakı ikitərəfli münasibətlərinhazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.

Səmimi dialoq şəraitində keçən görüşdə Leyla Əliyeva AzərbaycanRespublikası Prezidentinin salamlarını qarşı tərəfə çatdırıb vədövlətimizin başçısının adından Baş naziri ölkəmizə səfərə dəvətedib.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli dəvəti böyük məmnuniyyətləqəbul edərək, Azərbaycan Prezidenti haqqında yüksək ehtiramladanışaraq, xoş sözlərini ifadə edib.

Baş nazir ölkəmizdə gedən sürətli inkişaf prosesini təqdiretdiyini bildirib. O, Prezident İlham Əliyevin həyata keçirdiyiuzaqgörən siyasəti və beynəlxalq aləmdəki yüksək nüfuzunu xüsusivurğulayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığındərinləşdirilməsinin əhəmiyyətindən söz açıb.

Görüşdə, həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılangenişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib.

Vurğulanıb ki, Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyietdiyi COP29 tədbirinin uğurlu təcrübəsi böyük maraqla qarşılanıb.Bu təcrübənin 2027-ci ildə Efiopiyada keçiriləcək COP32konfransında tətbiq edilməsi imkanları müzakirə olunub. Hər ikiölkə arasında bu mühüm sahədə təcrübə mübadiləsinin aparılmasınınvacibliyi bir daha qeyd edilib.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Məqalədə:
Seçilən
123
43
az.trend.az

10Mənbələr