AZ

Onları mərkəzdə məcburi saxlayırmışlar Rəsmi açıqlama

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Baş Prokurorluq “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət işi mərkəzin Sumqayıt filialında saxlanılan narkomaniyadan əziyyət çəkən şəxsin şikayəti əsasında açılıb. Belə ki, məcburi qaydada orada saxlanılan şəxs metal əşya udaraq intihara cəhd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
5
qafqazinfo.az

6Mənbələr