AZ

Göygöldə iki minik avtomobili toqquşub

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford Fusion” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
143
unikal.az

1Mənbələr