AZ

Qrenlandiya ilə bağlı son vəziyyət: Müttəfiqlər ayrılır, yeni nizam belə olacaq

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Qrenlandiya ətrafında artan geosiyasi fəallıq beynəlxalq gündəmin diqqət mərkəzindədir. ABŞ-ın Arktika regionunda maraqlarını açıq şəkildə elan etməsi, bu buzlu adanı yenidən qlobal güclər arasında rəqabət meydanına çevirib.

Vaşinqtonun təhlükəsizlik, enerji və strateji nəzarət arqumentləri fonunda Qrenlandiya ilə bağlı səslənən iddialar “ilhaq” və “işğal” ifadələrə görə narahatlıq doğurur.

Bəs ABŞ-ın Qrenlandiya planlarının arxasında hansı real məqsədlər dayanır? Əgər müzakirə olunan işğal ehtimalı faktiki olaraq reallaşarsa, dünya siyasətində güc balansı necə dəyişəcək? Bu, böyük dövlətlər arasında yeni qarşıdurma mərhələsinin başlanğıcı ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planı Qərb yarımkürəsində tam mövqeyini gücləndirməklə yanaşı, Arktikada Rusiya və Çinin geosiyasi mövqelərini zəiflətməyə hesablanıb:

“Rəsmi Vaşinqton hesab edir ki, yeni dünya siyasi nizamında onun elan etdiyi perferiyasında heç bir ölkənin siyasi maraqları olmamalıdır. Təkcə Qrenlandiya deyil, Kanadaya qarşı da ərazi iddiaları irəli sürür. Bir ölkənin varlığını qəbul etmir. Baş verənlər tam Rusiyanın maraqlarına uyğundur.

Məhəmməd Əsədullazadə 

Qrenlandiya Danimarkanın tərkibində muxtariyyət statusuna malikdir. Əhali də Danimarkanın tərkibində qalmağı üstün tutur. Tramp bununla Qərb koalisiyasını parçalayır. Artıq Avropa İttifaqı (Aİ) bir güc olaraq meydana çıxır. İttifaq Qrenlandiyaya görə ABŞ-a güc göstərməyə başlayır. Vaşinqton Qrenlandiya uğrunda mübarizədən geri çəkilərsə, Avropa İttifaqı möhkəmlənəcək və Rusiyaya meydan oxuyacaq.

ABŞ-ın Qrenlandiyaya qoşun göndərəcəyini düşünmürəm. Bu məsələdə tərəflər arasında ortaq məxrəcə gelinəcək. Adanın yerli əhalisi də, ABŞ xalqı da ilhaqa qarşıdır. Belə bir hal baş verərsə, beynəlxalq nizam tamamilə çökəcək. Nəticədə güclü olan haqlı sayılacaq. ABŞ tamamilə yeni dünya nizamı yaradacaq. Qərb koalisiyası isə parçalanacaq”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
globalinfo.az

1Mənbələr