AZ

“Nəqliyyat vasitəsinin saxlanmasına səbəb olan inzibati xəta sübuta yetirilməzsə, vətəndaş öncə DYP yə şikayət edə bilər”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, dayanma, durma və parklama qaydalarını pozaraq nəqliyyat vasitəsi duracağa aparılan şəxs, həmin vasitəni yalnız duracağa gətirilmə və saxlanma haqqını ödədikdən sonra geri ala biləcək. Bu haqq, nəqliyyat vasitəsinin duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan hesablanacaq. Əgər inzibati xəta üzrə işə xitam verilsə və ya şikayət təmin olunsa, ödənilmiş məbləğ geri qaytarılacaq. Əgər nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya saxlanma zamanı zərər dəyibsə, vətəndaş inzibati və ya məhkəmə qaydasında şikayət edə bilər.Duracağa aparılma və saxlama haqqının məbləği necə müəyyən olunur və bu məbləğlər nə qədər şəffafdır?Əgər inzibati xəta sübuta yetirilməzsə, vətəndaşın əvvəlcədən etdiyi ödənişin geri qaytarılması praktikada necə həyata keçiriləcək?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, məbləğ, əsasən, daşınan məsafəyə (kilometrə) əsasən hesablanır.

Eldəniz Cəfərov

“Nəqliyyat vasitəsinin duracağa aparılması üçün ödəniləcək məbləğ evakuasiya xidmətini həyata keçirən şirkət tərəfindən müəyyən olunur. Bu məbləğ, əsasən, daşınan məsafəyə (kilometrə) əsasən hesablanır və qiymət həmin göstəriciyə uyğun təyin edilir.

Saxlanma haqqı isə saxlanmanı təmin edən duracaq və parklanma ərazisini idarə edən şirkət tərəfindən müəyyən edilir.

Əgər nəqliyyat vasitəsinin saxlanmasına səbəb olan inzibati xəta sübuta yetirilməzsə, vətəndaş əvvəlcə Dövlət Yol Polisi orqanına şikayət edə bilər. Şikayətə baxıldıqdan sonra vətəndaş qərardan narazı qalarsa, məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər məhkəmə vətəndaşın haqlı olduğunu müəyyən edərsə, inzibati qərar ləğv edilir”-deyə nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
bizimyol.info

1Mənbələr