AZ

Suraxanı rayonunda 9 kq narkotik vasitə aşkarlandı

Bakı. Trend:

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşlarıtərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşıəməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, YeniGünəşli qəsəbəsi ərazisində baş tutan tədbir zamanı 32 yaşlı İvanKislyakov saxlanılıb.

Bildirilir ki, ondan 5 büküm ümumi çəkisi 9 kiloqram 450 qramtərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanaraqgötürülüb.

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisindəsatışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətişi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı iləhəbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
100
15
az.trend.az

10Mənbələr