Türkiyəli psixoloq, yazıçı və aparıcı Esra Ezmeci 10 ay müddətinə azadlıqdan məhrum edilib.
"Unikal" xəbər verir ki, Sözcü qəzetinin məlumatına görə, aparılan araşdırmalar zamanı Ezmecinin istifadə etdiyi “klinik psixoloq” tituluna dair rəsmi diplomunun olmadığı müəyyən edilib.
Şikayətdən sonra İstanbul Baş Prokurorluğunda başlanan istintaq çərçivəsində iş məhkəməyə göndərilib. İstanbul Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilən iclasdan sonra məhkəmə Ezmeci barəsində 10 ay həbs hökmü çıxarıb.
Qeyd edək ki, hökmün elanının təxirə salınması qərarına baxmayaraq, Esra Ezmeci qərardan apellyasiya şikayəti verib.